Bunu ombudsman Səbinə Əliyeva parlamentin martın 3-də keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini təqdim edərkən deyib.
O bildirib ki, 2025-ci ildə Ombudsmanın ünvanına 42 mindən çox müraciət daxil olub. 7/24 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi tərəfindən 14 min 718 zəng qəbul edilib. İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə 9 mindən çox şəxs qəbul edilib.
