"Atributinfo.az" xəbər verir ki, fevralın 26-da Şəhidlər Xiyabanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının və Yeni Azərbaycan Partiyası Qax Rayon Təşkilatının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, idarə, müəssisə və təşkilat kollektivlərinin, rayon ictimaiyətinin nümayəndələrinin iştiraki ilə anım mərasimi keçirilmişdir. Mərasimdə Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilmiş, dualar oxunmuşdur.
Həmçinin Xocalı faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar rayon ərazisində məskunklaşmış Xocalı ailəsi rayon rəhbərliyi tərəfindən ziyarət olunmuşdur.
Saat 17:00-da rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bəradər,
Zahir
"Atributinfo.az"
