Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplanış zamanı rabitə ixtisaslı zabitlərin əməliyyat və ixtisas hazırlığı üzrə metodiki və nəzəri bilikləri təkmilləşdirilib, praktiki bacarıqları inkişaf etdirilib. İştirakçılara ordumuzun rabitə və informasiya texnologiyaları sisteminə inteqrasiya edilən yeni sistem və vasitələri barədə məlumat verilib, onların döyüş imkanları praktiki olaraq nümayiş olunub.
Tədbirdə “Azərkosmos” ASC-nin fəaliyyət istiqamətləri, həmçinin ölkəmizdəki qabaqcıl şirkətlərin istehsal etdiyi yeni texnologiyalar və onların döyüş imkanları barədə təqdimatlar verilib.
