"Atributinfo.az" xəbər verir ki, əhalinin sürətli internetə çıxışını təmin etmək və rabitə xidmətini yaxşıladırmaq məqsədilə “Aztelekom” MMC-nin Şimal-Qərb filialının Qax şöbəsi tərəfindən bir sıra işlər görülməkdədir.
Belə ki, həm paylayıcı şəbəkəyə məxsus F0 (fiber optik) xətlərində, həm də abunəçi xətlərinin ağaclara dəyən hissəsində budanma işləri aparılmış, təhlükəli elektrik kəsişmələri olan hissələrə təkrar baxış keçirilmiş, ehtiyac olan yerlərdə dielektrik qısqaclama işləri aparılmışdır.
Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayon əhalisinin təmiz işməli su təminatını və suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülmüşdür. Qorağan kəndinin həyətyanı sahələrinin suvarılmasına xidmət göstərən Qorağan kanalının lildən kol-kosdan təmizlənməsi, Kürmük və Qaraçay çaylarının sol və sağ sahilində məcratəmizləmə işləri, o cümlədən Kürmük çayının sol sahilində cari təmir hesabına daş-beton bəndin təmir tikintisi aparılmış, o cümlədən vətəndaşlara məxsus fərdi yaşayış evlərinə texniki şərt əsasında su xətlərinin çəkilməsi işləri başa çatdırılmışdır.
Qax Elektrik Şəbəkəsi tərəfindən Üzümlü kəndində yerləşən 160 KVA TM-in cari təmiri, TM-in rənglənməsi və 0.4 kv-luq h/x-də 3 ədəd əyri dayağın bərpası, o cümlədən Cəlayir, Almalı və Dəymədağlı kəndlərində istismara yararsız dayaqlar sökülüb yararlı dayaqlarla əvəz edilməsi işləri tamamlanmışdır.
Qax şəhəri, Almalı, Zəyəm-Tasmalı bələdiyyələri tərəfindən öz səlahiyyətləri daxilində yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində bir sıra işlər keçirilmişdir.
Belə ki, bələdiyyələrin ərazilərini əhatə etdiyi yaşayış məntəqələrdə arxların lildən təmizlənməsi, o cümlədən məişət tullantılarının və ərazilərinin kolluqdan təmizlənməsi işləri aparılmışdır.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Bəradər,
Zahir
"Atributinfo.az"
