Sizin reklam burada
Sizin reklam burada
  • Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

    Memorandum Türk dünyasının ortaq tarixi-mədəni irsinin qorunması və tanıdılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini, elmi və muzeyşünaslıq sahələrində əməkdaşlığın inkişafını, həmçinin müvafiq layihələr çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqini nəzərdə tutur.

    Memorandumu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova və Azərbaycan Respublikası Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı imzalayıblar.

    Tərəflər əməkdaşlığın perspektivlərinə dair əminliklərini ifadə ediblər.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ