Bu barədə Polşanın Azərbaycandakı səfiri Pavel Radomski “Bağçada güllər” sərgisinin açılışında bildirib.
Sərgidə nümayiş olunan geyimlərə gəldikdə, diplomat qeyd edib ki, bu geyimlər illər əvvəl formalaşmış ənənələri əks etdirir və keçmiş nəsillərin gözəllik və estetika haqqında təsəvvürlərini çatdırır.
Onun sözlərinə görə, Polşa, həmçinin Azərbaycan da daxil olmaqla bir çox ölkələr zəngin regional müxtəlifliyi ilə seçilir: hər bir bölgənin özünəməxsus üslubu, tarixi və xüsusi cazibəsi var ki, bu da milli geyimlərdə aydın şəkildə əks olunur.
