Təlimdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mütəxəssislər və fermerlərlə yanaşı, Gəncə Dövlət Universitetinin Ekologiya və Təbiəti Mühafizə kafedrasının müəllim və tələbələri də iştirak ediblər. Tələbələrin bir qismi təlimə əyani şəkildə qatılıb.
Təqdimat zamanı dənli taxıl bitkilərində geniş yayılmış xəstəliklər, onların yaranma və yayılma səbəbləri, məhsuldarlığa təsiri, diaqnostika üsulları və inteqrir mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Müasir aqrotexnoloji yanaşmalar, profilaktik tədbirlərin əhəmiyyəti və elmi əsaslı bitki mühafizə strategiyaları xüsusi vurğulanıb. Təlim interaktiv müzakirələr şəraitində keçib, iştirakçıların sualları cavablandırılıb və praktiki tövsiyələr verilib.
Sonda təlimdə əyani iştirak edən tələbələrə professor İbrahim Cəfərov tərəfindən müəllifi olduğu “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitab hədiyyə olunub. Bu təşəbbüs iştirakçılar tərəfindən maraqla qarşılanıb və onların elmi biliklərinin dərinləşdirilməsinə töhfə kimi qiymətləndirilib.
