Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyevdən seçicilərlə növbəti görüş

    105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən seçicilərlə ənənəvi görüşlər mütəmadi
    olaraq davam etməkdədir.

    Bu gün, 14-fevral tarixində Tovuz rayonunun Qovlar şəhərində millət vəkili növbəti vətəndaş qəbulu keçirib.

    "Atributinfo.az" məlumat verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən mənzil, torpaq, sosial, məşğulluq, təhsil, kommunal xidmətlər, səhiyyə və digər məsələlərlə bağlı olub.
    Müraciətləri təmkinlə və diqqətlə dinləyən Milli Məclisin deputatı Arzu Nağıyev qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.

    Qeyd etdiyimiz kimi, vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə millət vəkilinin qəbulları davam edəcək.
    Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləməniz məsləhət olunur.

    Bəradər Səməndərli
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ