Daha sonra millət vəkili Kürdəmir rayonunda məskunlaşan seçicilərlə görüşüb.
"Atributinfo.az" xəbər verir ki, qəbul zamanı vətəndaşlar əvvəlcə ümumi, daha sonra fərdi şəkildə dinlənilib. Görüşdə səsləndirilən problemlər, təkliflər və qayğılar diqqətlə qeydiyyata alınıb. Hər bir müraciətin araşdırılması və həlli istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.
Millət vəkili vurğulayıb ki, seçicilərin rifahı, sosial təminatı və rahatlığı daim diqqət mərkəzində saxlanılır. Onların səsini çatdırmaq, problemlərinə çevik şəkildə reaksiya vermək və xalqın etimadına layiq fəaliyyət göstərmək əsas prioritetlərdəndir.
Bəradər Səməndərli
"Atributinfo.az"
