Elm və Təhsil Nazirliyindən bildirilib ki, “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” mövzusunda baş tutan Dünya Hökumət Sammitinin 2026-cı il buraxılışında dünyanın müxtəlif ölkələrindən nazirlər daxil olmaqla, 6000-dən çox yüksəksəviyyəli iştirakçı, 400-dən çox nüfuzlu spiker, habelə 80-dən çox beynəlxalq təşkilat təmsil olunub.
Sammit çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi tərəfindən təşkil olunan “Əməyin gələcəyi” mövzusunda nazirlər panelində iştirak edib. Panel zamanı əmək bazarının transformasiyası, elm və texnologiyanın iş dünyasına təsiri, eləcə də innovativ yanaşmaların və qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması ilə bağlı aktual məsələlər ətrafında müzakirələr aparılıb.
