Sizin reklam burada
Sizin reklam burada
  • "Heç kim onların problemlərini həll etmək üçün çalışmır"- Razi Nurullayev seçicilərinin haqlı narazilıqlarını dilə gətirdi

    "İmişlidə oldum, kəndləri gəzdim, evləri ziyarət etdim, yas məclislərinə getdim və seçicilərlə görüşdüm.
    Hamı problem içində, dərd içində və problemləri də həll olunmadan aydan-aya, ildən-ilə keçir. Çünki, heç kim onların problemlərini həll etmək üçün çalışmır. Hərdən özüm də ruhdan düşürəm ki, axı niyə belə olur? Niyə bu ölkədə hər kəs üzərinə qoyulan vəzifəni doğru-dürüst yerinə yetirmir..."
    Bunu "atributinfo.az"a açıqlamasında 79 saylı İmişli seçki dairəsindən seçilən Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev deyib. O, təəssüf hissi ilə əlavə edib ki, niyə bizim ölkəmizdə kimsə vəzifə borcunu yerinə yetirmək üçün gözünü vətəndaşın cibinə tikir? Niyə rüşvət azalmır, niyə problemlər azalmır, niyə şikayət məktublarının sayı günü-gündən çoxalır və ölkəmizdə ciddi məktub dövriyyəsi yaranıb?

    "Konkret olaraq vəzifəli şəxslər qarşısında ciddi şərt qoymaq lazımdır ki, aylıq hesabat versinlər ki, nə qədər şikayətlər həllini tapıb?

    Biz ölkəmizi, dövlətçiliyimizi qorumalıyıq. Kim sabotaj edirsə, boş yerdən narazılıq yaradırsa, onları vəzifələrdən uzaqlaşdırmaq lazımdır. Vəzifəli şəxslərin vəzifəyə gəldiyi gündən sonra qohum-əqrəbasına, dostuna, tanışına vəzifə paylamaq qadağan olunmalı və buna görə məsuliyyət ortaya qoyulmalıdır.

    Vəzifə borcunu yerinə yetirmək üçün vətəndaşdan rüşvət qoparmaq üçün onları dağa-daşa salıb incidən məmur vəzifədən uzaqlaşdırılmalı və haqqında cinayət icraatı başlanmalıdır."

    Deputat vurğulayıb ki, gəlin gözümüzü-qulağımızı açıq saxlayaq və gördüyümüz, bildiyimiz qanunsuzluq və haqsızlıqları paylaşaq.

    "Güclü dövlətimiz var, ölkəmizin xöşbəxt gələcəyini düşünən və bunun üçün çalışan beyinlər var. Ölkəni bütövləşdirən, şəffaflıq üçün siyasi iİradə ortaya qoyan və xalqdan doğruları eşitmək istəyən Prezident var.

    Bu ölkəni natəmizlərdən təmizləmək, dövləti və milli birliyi qorumaq üçün güclü dövlətimiz var. Gəlin dövlətə qarşı olanları, saman altdan su yeridənləri, dövlətin siyasətinə qarşı çıxanları kim olursa olsun, hansı vəzifə sahibi olursa-olsun, hansı cəbhədə olursa-olsun ifşa edək. Dövlət naminə, xalq naminə, daha xöşbəxt gələcək naminə."- MCP sədri bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ