Hazırda Respublikamızın rayonları müxtəlif iqtisadi rayonlara bölünmüşdü. Həmin iqtisadi rayonların inkişafı üçün dövlət müəyyən proqramlar işləyib hazırlamışdı. Belə rayonlardan biri də Ağcabədi rayonudur.
Bildiyiniz kimi Ağcabədi rayonu pambıqçılıq yanaşı, heyvandarlıq sahəsində də inkişaf etmişdir. Düzdür, əvvəlki kimi bu təsərrüfat, yəni heyvandarlıq sahəsi planlı ziyanla işləyən təsərrüfat kimi fəaliyyət göstərmir. Bu sahə ancaq fərdi təsərrüfat və yaxud fermer təsərrüfatı olmasında inkişaf edir. Həmin fermer təsərrüfatının inkişafı üçün rayon icra hakimiyyəti və Ağcabədi Aqrar İnkişaf Agentliyi fermerlərə və xüsusi təsərrüfatlara xüsusi qayğı göstərir.
Belə fermer təsərrüfatlarından birinə rəhbərlik edən Mamedov Allahverdi Hümbət oğludur. O, heyvandarlıq sahəsində yüksək təcrübə toplamış bir mütəxəssisdir, istehsal etdiyi məhsulları rayon əhalisi üçün satışa çıxarıb əldə edilmiş bütün kənd təsərrüfatı məhsullarını rayon əhalisinin təminatı üçün sərf edir. Ona bu işdə rayon Aqrar İstehsalat Birliyinin rəhbəri və başqa qurumlar yaxından köməklik edir.
Onun bu yüksək nailiyyətini nəzərə alan rayon icra hakimiyyətinin başçısı Rəfail Hüseynov onu 24 dekabr 2025 il tarixli 5-30/3-3-442/2025 fəxriu fərmanla təltif etmişdir. Ona bu işində nailiyyətlər arzu edirik ve gələcəkdə daha cox uğurlar eldə etməsini arzulayırıq.
Qiyam Ərşadoğlu
