Sizin reklam burada
Sizin reklam burada
  • Rəşad Mahmudovdan Astarada növbəti vətəndaş qəbulu

    79 saylı Astara seçki dairəsindən seçilən Milli Məclisin deputatı Rəşad Mahmudov tərəfindən ənənəvi olaraq ötən gün növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda rayon sakinlərinin müxtəlif sahələri əhatə edən müraciətləri dinlənilib.

    "Atributinfo.az" xəbər verir ki, qəbul zamanı sosial təminat, səhiyyə, məşğulluq, infrastruktur və digər aktual məsələlərlə bağlı qaldırılan problemlərin bir qismi yerindəcə izah edilib və həllinə dair müvafiq tövsiyələr verilib, araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün nəzarətə götürülüb. Qəbulda YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov da iştirak etmişdir.

    Vətəndaşlarla birbaşa ünsiyyətin, onların problemlərini yerində dinləməyin və real vəziyyətlə tanış olmağın vacibliyi xüsusi vurğulanıb. Bu cür qəbulların regionlarda mütəmadi şəkildə davam etdiriləcəyi bildirilib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ