"Atributinfo.az" xəbər verir ki, ağacəkmə kampaniyası yalnız ekoloji tədbir olmaqla kifayətlənməyib, eyni zamanda cəmiyyətə dövlətçilik, milli məsuliyyət və vətəndaş həmrəyliyi mesajı verib. Yaşıllıq zolaqlarının salınması havanın təmizlənməsinə, iqlim balansının qorunmasına, torpaq eroziyasının qarşısının alınmasına xidmət etməklə yanaşı, regionun ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu cür aksiyalar insan sağlamlığına müsbət təsir göstərir, sosial məsuliyyəti gücləndirir və ətraf mühitə münasibətdə ictimai şüurun formalaşmasına töhfə verir.
Ulu Öndər Heydər Əliyev ekoloji məsələlərə hər zaman dövlət siyasətinin tərkib hissəsi kimi yanaşmış, ağacəkməni və yaşıllıqların qorunmasını gələcəyə qoyulan ən dəyərli sərmayə adlandırmışdır. Onun fikirləri bu gün də aktuallığını qoruyur və dövlətin ekoloji xəttinin ideoloji əsasını təşkil edir. Eyni rasional yanaşma Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mövcud siyasi kurs nəticəsində Azərbaycanda ekoloji sabitlik, yaşıllaşdırma və təbiətin mühafizəsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutan ağacəkmə aksiyası
ölkəmizdə "Yaşıl Dünya" naminə meşə landşaftlarının inkişafına töhfə verəcəkdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
