Sizin reklam burada
Sizin reklam burada
  • Deputat “Kəpənəyin dili ilə” adlı kitabın təqdimat mərasimində

    "Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən “Kəpənəyin dili ilə” adlı kitabın təqdimat mərasimində iştirak etdim."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O, əlavə edib ki, tədbirdə kitabın müəllifləri Vüsalə Əmiraslanova və Ülviyyə Nağıyeva əsərin ideya xətti və cəmiyyət üçün daşıdığı mənəvi dəyər barədə dəyərli fikirlər səsləndirdilər:

    "Xüsusilə vurğulanmalıdır ki, kitabın satışından əldə olunacaq gəlirin onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilməsi bu təşəbbüsün sosial əhəmiyyətini daha da artırır."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ