Sizin reklam burada
Sizin reklam burada
  • "Yaxşı gənclər yetişdiririk"- İbrahim Cəfərov

    "Dəyərli dostlar, sabahdan 2025- ci ilin son həftəsinə daxil oluruq, hər kəs il ərzində etdiklərimizi, edə bilmədiklərimizi, uğurlarımızı çək çevir edir və yeni ildə nə edəcəklərimizin fərqindədir."

    Bu sətirləri AMEA Bitki Mühafizə Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov özünün feysbuk səhifəsində paylaşıb. Professor əlavə edib ki, 2025- ci ildə 2 respublika əhəmiyyətli konfranslar keçirdik, rayonlarda onlarla seminar təşkil etdik, bir neçə kitab yazdıq, fermerlərin yanında olduq, ölkə daxili və beynəlxalq müqavilələr imzaladıq, çoxlu sayda konfranslarda iştirak etdik, 100- dən artıq tezis və məqalələrimiz nəşr olundu:

    "Yaxşı gənclər yetişdiririk, gənc tədqiqatçılar qrupu yaranır, gənclər magistratura və doktoranturada təhsillərini davam etdirirlər. Daha nələr etdik? Gələcək statuslarda onlardan bəhs edəcəyik."- İbrahim Cəfərov paylaşımda qeyd edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ