Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan secicilərlə növbəti görüş

    74 saylı Masallı seçki dairəsindən seçilən Milli Məclisin deputatı Məşhur Məmmədovun bu gün, ilayrıcı öncəsi seçicilərlə növbəti görüşü YAP Masallı Rayon Təşkilatının inzibati binasında keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, görüşdə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib.
    Görüş zamanı vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq qeydlər aparılıb. Bayramqabağı təşkil olunan bu görüşdə seçicilərin sosial rifahı, məşğulluq və gündəlik problemləri ətrafında səmimi fikir mübadiləsi aparılıb.
    Hər bir müraciətin həlli istiqamətində deputat tərəfindən aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində konkret addımların atılması nəzərdə tutulur.
    Onu da qeyd etmək yerinə düşər ki seçicilərlə birbaşa ünsiyyət və onların problemlərini yerində dinləmək millət vəkili Məşhur Məmmədovun fəaliyyətinin əsas istiqamətlərindəndir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ