Sizin reklam burada
Sizin reklam burada
  • YAP Göygöl rayon təşkilatında gənc partiya fəalları ilə görüş keçirilib

    "Atributinfo.az" xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatında bir qrup gənc partiya fəalları ilə keçirilən görüşdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək rəqəmsal platformalarda informasiya mübarizəsinin intensivləşdiyi bir dövrdə gənclərin sosial şəbəkələrdə aktiv iştirakının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, gənclərin dövlətçilik mövqeyindən çıxış etməsi, milli maraqların müdafiəsi və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyəti yüksək qiymətləndirilir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sosial şəbəkələrdə də düzgün və peşəkar şəkildə təqdim edilməlidir.
    Görüş zamanı gənc partiya fəallarına informasiya təhlükəsizliyi, rəqəmsal savadlılıq, dezinformasiyalara qarşı mübarizə və effektiv kommunikasiya üsulları barədə tövsiyələr verilib.
    Görüş interaktiv formada davam edib.

    Bəradər
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ