"Atributinfo.az" xəbər verir ki, ilk öncə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. Daha sonra millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verib.
Ardınca, millət vəkili Günay Ağamalı vətəndaşların səsləndirdiyi müraciətlər və təklifləri dinləyib, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini və qanunvericiliyin tələblərini diqqətə çatdırıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
