Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan şəhid ailələrini ziyarət

    Unutmadıq, unutmarıq!

    Deputatdan şəhid ailələrini ziyarət

    Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ənənəyə sadiq qalaraq şəhidlərimiz Rüstəmli Kənan Yalçın oğlunun anım, Ziyadov Cəsarət Zaur oğlunun isə doğum günü münasibətilə onların ailələrini ziyarət edərək başsağlığı diləklərini çatdırıb.

    "Atributinfo.az" xəbər verir ki, Kənan Rüstəmli (14 noyabr 1999) Biləsuvar rayonunun Əsgərabad kəndində doğulmuş, 44 günlük haqq savaşımızda qəhrəmancasına şəhid olmuş və müzəffər Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
    Cəsarət Ziyadov isə (2004) Xırmandalı kəndində doğulmuş, 19 sentyabr antiterror tədbirlərində qəhrəmancasına şəhid olmuşdur.
    Allah rəhmət eləsin!
    Unutmadıq, unutmarıq!

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ