Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumatda bildirilib.
Qeyd olunub ki, diqqətsiz edilən manevr sürücünün ətrafdakı vəziyyəti tam qiymətləndirməməsi, güzgülərdən istifadə etməməsi, zolaq və ya dönmə qaydalarına əməl etməməsi deməkdir. Yüksək sürətlə gələn nəqliyyat vasitəsi isə bu ani səhvə reaksiya verməyə vaxt tapmır və qəza qaçılmaz olur. “Unutmayaq ki, birinin diqqətsizliyi, digərinin sürəti bir anda həyatları dəyişə bilər. Yolda hər hərəkət düşünülmüş olmalı, hər qərar məsuliyyətlə verilməlidir”, - deyə məlumatda vurğulanıb.
