Bunu 74 saylı Masallı seçki dairəsindən seçilən Milli Məclisin deputatı Məşhur Məmmədov özünün feysbuk səhifəsində paylaşıb.
Deputat əlavə edib ki, görüşdə köməkçilərimlə yanaşı, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak etdi:
"Söhbət zamanı şəhid ailələrinin hər birinin ürəyində həm qürur, həm də Vətən sevgisinin aydın hiss olunduğunu gördük.
Şəhid ailələrinin rifahı və onlara göstərilən dövlət qayğısı daim diqqət mərkəzindədir. Ailələrin razılığı və diqqətdən məmnunluğu bizim üçün ən böyük qiymətdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!"- Məşhur Məmmədov paylaşımda bildirib.
Bəradər
"Atributinfo.az"
