Sizin reklam burada
Sizin reklam burada
  • Şabranda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım

    "28 oktyabr tarixində Şabran rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə, Milli Məclis və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı əsasında aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası həyata keçirdik."
    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mahir Süleymanlı deyib. Deputat əlavə edib ki,
    Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, Milli Məclis Aparatının sektor müdiri Cahid Məmmədovun iştirakı və Vəkillər Kollegiyasının dəstəyi ilə aztəminatlı və hüquqi yardıma ehtiyacı olan vətəndaşlara zəruri hüquqi dəstək göstərildi.

    Bəradər
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ