Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl Rayon İcra Hakimiyyətində “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdimetmə mərasimi keçirilib

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Göygöl Rayon İcra Hakimiyyəti başçısının Hacıməlik qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Səbuhi Məmmədova medalın təqdimetmə mərasimi keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, təltif olunan əməkdaşın dövlət idarəçiliyindəki nümunəvi fəaliyyətini vurğulayaraq, bu cür yüksək mükafatların dövlət qulluqçularına verilən dəyərin göstəricisi olduğunu qeyd etmişdir. Tədbir zamanı çıxış edən İcra Hakimiyyətinin əməkdaşları Səbuhi Məmmədovun çalışqanlığını, peşəkarlığını və vətəndaşlara həssas münasibətini xüsusi vurğulamış, onu bu əlamətdar hadisə münasibətilə təbrik etmişlər.
    Səbuhi Məmmədov çıxışında göstərilən etimada və verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib, bundan sonra da dövlətə və xalqa xidmət etməyə sadiq qalacağını qeyd edib.
    Tədbirin sonunda medal rəsmi şəkildə təqdim olunub və xatirə şəkilləri çəkilib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ