Xocavənddə təmiz və yaşıl mühit naminə abadlıq və ekoloji tədbirlər həyata keçirilib
Sosial
27-10-2025, 14:41
313
Birləşmiş Millətlər Təşkilatının Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 iyun tarixli 621 nömrəli Sərəncamına əsasən hazırlanmış Tədbirlər Planına uyğun olaraq Xocavənd qəsəbəsində təmizlik və abadlaşdırma işləri həyata keçirilib. Tədbirlər çərçivəsində küçələr və ətraf ərazilər tullantılardan təmizlənib. Bununla yanaşı, səliqəsiz yerlər abadlaşdırılıb. Görülən bu işlər ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və Xocavəndin daha təmiz, yaşıl və gözəl şəhərə çevrilməsi istiqamətində atılan mühüm addımlardandır.
Elxan Namazov Xocavənd rayon Kommunal Müəssisələri Kombinatının rəisi