Sizin reklam burada
Sizin reklam burada
  • "Şəhidlərimizi ehtiramla yad edir, ailələrinə səbir arzulayıram"- Məşhur Məmmədov

    "Anım günləri çərçivəsində görüşlərimiz davam edir.
    Bu gün Sığdaş kəndində, eləcə də Sığdaş İnzibati Ərazi Dairəsinə daxil olan Xanalion və Babaküçə kəndlərində şəhid ailələri ilə görüşdük, qəhrəman şəhidlərimizin məzarlarını ziyarət etdik."

    Bunu "atributinfo.az"a açıqlamasında 74 saylı Masallı seçki dairəsindən Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. O, əlavə edib ki, Şəhidlərimizin əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayır. Onların göstərdiyi qəhrəmanlığı, vətən sevgisini və fədakarlığını ehtiramla anır, ailələrinə bir daha minnətdarlığımızı bildiririk:

    "Dövlətimizin və cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğı hər yerdə hiss olunur. Bizim borcumuz bu qayğını davam etdirmək, ailələrimizin yanında olmaqdır.
    Şəhidlərimizi ehtiramla yad edir, ailələrinə səbir arzulayıram."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ