"Atributinfo.az" xəbər verir ki, qəbul-görüşdə seçici məmnuniyyətinə və məsələlərin operativ həllinə nail olmaq məqsədilə YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev, Masallı Rayon İcra Hakimiyyətinin Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Qəşəm Hadıyev və deputatın köməkçiləri iştirak ediblər.
Görüşdə biri şəhid ailəsi, biri Vətən müharibəsi döyüşçüsü olmaqla, 23 seçici iştirak edib.
Qeyd edək ki, Məşhur Məmmədov anım günləri çərçivəsində şəhid ailələri ilə mütəmadi görüşlər keçirdiyi üçün bu dəfə qəbulda digər seçicilərin fəallığı daha çox olub.
Qəbula gələn hər bir vətəndaş fərdi qaydada dinlənilib. Bəzi məsələlər yerində həllini tapıb, digərləri isə deputat səlahiyyətləri çərçivəsində olmadığı üçün aidiyyəti qurumlara yönləndirilib.
Masallıda Məşhur Məmmədovun seçicilərlə görüşləri davam edir.
Bəradər Səməndərli
"Atributinfo.az"
