Sizi – Azərbaycanın görkəmli ictimai-siyasi xadimini, tanınmış tarixçi-alimini, tarix elmləri doktoru, professor Həsən Həsənovu doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Sizin uzun illər ərzində dövlətçilik sahəsində göstərdiyiniz səmərəli fəaliyyət, diplomatiya və siyasət arenasındakı dərin bilik və təcrübəniz, xalqımıza və dövlətimizə göstərdiyiniz sədaqətli xidmət hər zaman yüksək dəyərləndirilmişdir.
Elmi yaradıcılığınız Azərbaycanın milli tarixşünaslıq elminin inkişafına mühüm töhfələr vermiş, apardığınız sanballı tədqiqatlar sayəsində həm qədim, həm də müasir tariximizin bir çox mühüm məqamları yeni yanaşmalarla təhlil olunaraq elmi ictimaiyyətin diqqətinə təqdim edilmişdir. Siz öz nüfuzunuz və intellektinizlə Azərbaycan elminin və ziyalılığının parlaq simalarından birinə çevrilmisiniz.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan xalqına göstərdiyiniz çoxşaxəli xidmətlərinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Vidadi Orucov
Pedaqogika elmləri doktoru, professor
