Bir neçə gün öncə hazırda orta ağır vəziyyətdə Bakıda müalicə alan yaralı Məmmədov Məhəmməd Əkbər oğlunu ziyarət edən Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişli şəhərində digər yaralanan uşaqların valideynləri ilə görüşdüb.
Millət vəkili hadisəylə bağlı "atributinfo .az"a bildirib ki, valideynlərin konkret tələbləri var:
Qəza törədən şəxs məsuliyyət daşısın. Mənim müdaxiləmdən sonra nəhayət ki, bir neçə gün keçəndən sonra bu gün onlarla maraqlanmağa başlayıblar. Belə çıxır ki, əgər mən də hər şeyi qulaqardına vursaydım, laqeyd yanaşsaydım, Allah eləməsin, o uşaqların valideynləri faciə yaşasaydı, heç kimin tükü də tərpənməyəcəkdi?
Belə laqeydlik və arxayınlıq olarmı? Kimə və nəyə?", - deputat deyib.
Bəradər
"Atributinfo.az"
