Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri təlimlərdə müşahidəçi qismində iştirak edirlər.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, beynəlxalq təlimə ölkənin Qərb Müdafiə Qüvvələrinin komandanı briqada generalı Koba Qriqoliya və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi polkovnik Uilyam Koks birgə rəhbərlik edirlər.
“Agile Spirit 2025” regionun iki ölkəsində - Gürcüstan və Türkiyədə keçirilir ki, bu da regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.
