Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, sərgidə MMU-nun nümayəndələri ilə birbaşa ünsiyyət quran ziyarətçilərə ali təhsil müəssisəsində mövcud ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, aylıq müavinətlər və digər məsələlərlə bağlı məlumatlar verilərək bukletlər paylanılıb, həmçinin maraq doğuran suallar cavablandırılıb.
MMU-nun təqdim etdiyi stend qonaqlar tərəfindən maraqla qarşılanıb.
