Sizin reklam burada
Sizin reklam burada
  • "Məqsəd ölkəmizin ərzaq təhlükəsizliyinə az da olsa töhfə vermək, idxalı azaltmaqdır"- İbrahim Cəfərov

    "Kənd təsərrüfatı riskli, eyni zamanda çox əhəmiyyətli sahədir; dəyişən iqlim şəraitində, müxtəlif stress amillərinin təsiri altında açıq sahədə yüksək məhsul almaq üçün hamılıqla çalışırıq, işləyirik, tədqiqatlar aparırıq, təcrübələr qoyuruq, məqalələr və kitablar yazırıq. Məqsəd ölkəmizin ərzaq təhlükəsizliyinə az da olsa töhfə vermək, idxalı azaltmaqdır."

    Bunu AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, demək olar hər gün bu və ya digər sahələrdəyik, nəsə axtarırıq, nəyinsə qarşısını almağa çalışırıq, fitosanitar vəziyyətə nəzarət edir, monitorinqlər, marşrut müayinələr aparırıq:

    Qürur duyuruq, çünki bütün bunlar Bitki Mühafizə və Texniki Bitkilər ETİ olaraq bizim işimizdir. İstidə və soyuqda, quraq havada və yağışlarda öz işini vicdanla yerinə yetirən həmkarlarıma təşəkkürlər!"- İ. Cəfərov paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ