Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Məşhur Məmmədov bu gün Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının inzibati binasında seçicilərlə növbəti qəbul-görüş keçirib

    Ənənəvi görüşləri, diqqət və qayğısi ilə Milli Məclis üzvləri sırasında xüsusi seçilən 74 saylı Masallı seçki dairəsinin deputatı Məşhur Məmmədov bu gün Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının inzibati binasında seçicilərlə növbəti qəbul-görüş keçirib.

    "Atributinfo.az" xəbər verir ki, görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, səsləndirilən məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

    Qeyd edək ki, 17 vətəndaşın iştirak etdiyi qəbulda əsasən sosial rifah, məşğulluq və infrastrukturla bağlı məsələlər qaldırılıb.

    Vətəndaşlarla birbaşa ünsiyyəti hər şeydən önəmli hesab edən Məşhur Məmmədovun
    Masallıda secicilərlə ənənəvi görüşləri mütəmadi olaraq davam edir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ