Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan müharibə veteranına diqqət

    "Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış hərbi əməliyyatlarda iştirak etmiş, müharibə veteranı olan vətəndaş Əfsələddin Ağabəyli ilə deputat Razi Nurullayevin tapşırığı əsasında görüşüb, müraciətini dinlədik."

    Bu sətirləri Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayevin köməkcisi və müavini Ehtiram Mehdiyev özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki,
    vətəndaş, müraciətində məhkəmə ilə bağlı üzləşdiyi problem haqqında məlumat vermiş, hüquqlarının müdafiəsi və probleminin qanunvericilik çərçivəsində həll olunması üçün köməklik göstərilməsini xahiş etmişdir:

    "Müraciətin məzmunu dinlənilmiş, məsələnin aidiyyəti üzrə baxılması üçün zəruri qeyd və sənədlər toplanmışdır. Məsələ ilə bağlı hüquqi mexanizmlər çərçivəsində müvafiq instansiyalara yönləndirilməsi və izlənməsi məqsədilə tədbirlər görüləcəkdir.- Ehtiram Mehdiyev paylaşımda bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ