Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Babək Rəsulov, təhsil və mədəniyyət işçiləri, Vətən müharibəsi iştirakçıları, YAP fəalları və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Sonra iştirakçıların Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Dəyirmi masa ətrafında davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək, 14 iyul gününün Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biri olduğunu vurğulayaraq, bəşəri kamilləşmənin ən yüksək zirvəsini fəth etmiş Ümummill Liderimiz Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və beynəlxalq siyasət korifeyi kimi düşdüyünü qeyd etmiş, Ulu Öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından danışmış, cəmiyyətin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açaraq, bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışmışdır.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Babək Rəsulov, Təbiət Fənlər Texniki Təmayüllü Lisey Ərazi Partiya təşkilatının sədri Zəhra Zeynalova, Veteranlar şurasının sədri Azadxan Haqverdiyev, QƏQİB Göygöl rayon filialının sədri Araz Abbasov, Müharibə Qarabağ Müharibəsi qazisi Nazim Cahangirov, Təsil sektorunun əməkdaşı Afət Ələkbərova, Mədəniyyət sektorunun əməkdaşı Xatirə Həsənova və digərləri çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən söhbət açaraq qeyd ediblər ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri var. Bu dövr öz başlanğıcını 1969-cu il 14 iyul tarixindən götürür. Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda 56 il öncə birinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi, həm də Azərbaycan xalqının özünəqayıdışının başlanğıcı kimi xatırlanır. Həmin dövr xalqımızın və dövlətimizin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atılıb, misilsiz xidmətlər göstərilib. Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun inkişaf etdirilərək, dövlətimizin gücünü-qüdrətini günbəgün artırır, ölkəmiz yeni-yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir.
Sonra Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Tədbirin sonunda YAP Göygöl rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən və eyni zamanda yubiley yaşı tamam olan partiya veteranı Nəsibov Nüsrət Alı oğluna fəxri fərman və qiymətli hədiyyə təqdim edilmişdir.
Bəradər
"Atributinfo.az"
