Vüqar müəllim hər bir hərəkəti və xarakteri ilə; danışığı, davranışı, ziyalılığı, doğru-dürüstlüyü, milli-mənəvi dəyərləri ilə çoxlarına nümunədir.
Belə bir şəxsiyyətlə dostluğumdan qürur duyduğum da sirr deyil.
Hörmətli Vüqar müəllim, Sizi "Atributinfo.az"ın yaradıcı kollektivi adından, və şəxsən öz adımdan doğum gününüz münasibətilə ürəkdən təbrik edir, yeni yaşınızın xeyirli, bərəkətli, düşərli, olması arzusu ilə həyat və fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm can sağlığı arzulayıram! 100 yaşayın, saz yaşayın, sağlam həyat sürün!
Bəradər Səməndərli
Baş redaktor
