Bu sətirləri AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov özünün feysbuk səhifəsində paylaşıb. Professor qeyd edib ki, Tərtər qurtaran kimi ərazilərimiz nəhəng tikinti meydançasını xatırladır, yollar salınır, qəsəbələr tikilir, yurd yerlərimiz bərpa olunur, inanc yerlərimiz bərpa olunur, gözəlliklər yaradılır.
İnsan ayağını o müqəddəs torpaqlara qoyan andan geriyə qayıdana qədər yalnız qürur hissləri keçirir, dövləti və milləti, xalqı adına fəxarət duyguları ilə nəfəs alır:
"Ağdam, Xıdırlı kəndi, Əskəran, Xocalı, Xankəndi, Şuşa, Cıdır düzü, Topxana meşələri, İsa bulağı bunların hər birində görülən işlər barədə povestlər, qəhrəmanlıq romanları, poemalar, sənədli və bədii filmlər çəkilməli, yüzlərlə şəhidlərimiz, qazilərimiz, veteranlarımız, ümumi millətimiz adına mahnılar, musiqi əsərləri yazılmalıdır. Şuşada, Xankəndində, digər insanlar yaşayan kənd və qəsəbələrimizdə həyat qaynayır, insan işləyir, xidmət sahələri fəaliyyət göstərir, bütün bunlar həqiqətən qürur və fəxarətdir. Yaşasın Vətənimiz Azərbaycan! Qarabağ Azərbaycandır!"- O. Cəfərov paylaşımda bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
