Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq Analar Günü

    26 noyabr tarixində Rusiya Federasiyasının, İnquşetuya Respublikasında, Rusiya Federasiyası İnquşetiya Bəstəkarlar İttifaqının üzvü, "Vahid Rusiya Qadın Hərəkatı" federal partiya layihəsinin koordinatoru, İnquşetiya Respublikasının əməkdar mədəniyyət işçisi Baraxoyeva Madina Maqometovnanın təşkilatçılığı ilə “Beynəlxalq Analar Günü” münasibəti ilə təntənəli tədbir keçirildi.
    Rusiya Federasiyası Prezidentinin "Analar Günü haqqında" 30 yanvar 1998-ci il 120 saylı fərmanına müvafiq olaraq noyabr ayının sonuncu bazar günü ölkədə "Analar Günü" kimi qeyd olunur.
    Tədbirdə İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Mərkəzinin fəxri prezidenti Rəhmətulla Babayev, Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əliəsgər Əzizov, iştirak edirdilər.
    Beynəlxalq Analar Gününə həsr olunmuş tədbiri İnquşetiya Respublikasının əməkdar mədəniyyət işçisi Madina Baraxoyeva açıdı. Tədbirdə çıxış edən diaspora rəhbərləri Rusiya-Azərbaycan dövlətləri və xalqları arasında olan yaxın qonşuluq, ictimai-siyasi, mədəni əlaqələrdən və isti münasibətlərdən danışdılar. Bu istiqamətlərdə daha da aktiv fəaliyyətlər göstərməyi bir vəzifə kimi irəli sürdülər.
    Madina Baraxoyeva öz çıxışında mühüm məqamlara, Rusiya-Azərbaycan dövlətləri və xalqları arasında olan səmimi dostluq əlaqələrinə toxundu.
    Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra mədəniyyət işçilərinin və diaspora üzvülərinin iştirakı ilə konsert proqramı ilə tədbir davam etdi demək olar.
    Tədbir zamanı qısa zaman kəsiyində olsa da Madina xanımla görüşüb bir sualla müraciət edə bildik:
    -Allahın Peyğəmbəri Muhəmməd (Allahın ona salavat və salamı olsun) demişdir: “Cənnət anaların ayaqları altındadır”. Bu yaxınlarda ölkəmiz Beynəlxalq Analar Gününü təntənəli şəkildə qeyd etdi. Bu münasibətlə sizi təbrik edir, ən səmimi arzularımı bildirirəm.
    Mədinə xanım, Rusiya və Azərbaycan dövlətləri arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
    - Rusiya və Azərbaycan dövlətləri arasındakı münasibətlərdən danışanda mənim üçün, ilk növbədə, o dostluq o vaxtdan, 15 respublika bir yerdə idi, daha da güclənir. Mən özüm kiçik yaşlarımda Polad Bülbüloğlunun mahnılarını və ümumiyyətlə Azərbaycan haqqında mahnılar oxuyurdum, rəqs edib, Azərbaycan solo əsərini ifa edib və stəkan-nəlbəki ilə rəqs etmişəm.
    Rusiya-Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələr istər o illərdə olsun, istərsə də indiki dövrdə həmişə digər Respublika və dövlətlər arasında olan münasibətlərdən seçilib. Bu, bu gün də belədir. O vaxt da, indi də siyasətçilərimiz xalqlarımızı, xalqlararası dostluğumuzu inkişaf etdirməyə səy göstəriblər. Mənim üçün ən önəmlisi odur ki, milli Azərbaycan icması Rusiya ərazisində yerləşir və onlar onların timsalında Azərbaycan xalqına olan hörmət və anlayış olduğunu görürlər. Və bu da həm sizə, həm də bizə mədəniyyətinizi, adət və ənənələrinizi tam şəkildə öyrənməyə imkan verir.
    Və mənə elə gəlir ki, Azərbaycan cması eyni zamanda Rusiyada yaşayan başqa xalqlara, başqa etnik qruplara hörmət edərək, xalqlar arasında öz mədəniyyətini təbliğ edirlər. Xatırladığım qədər, bir neçə il bundan əvvəl Azərbaycana gedib Bakı hökumətinin rəhbərliyi ilə görüşəndə belə məqamlarımız olub. Biz İnquşetiyada Azərbaycan diasporunun fəaliyyətindən, əməkdaşlıq sazişinin imzalanmasından, ölkələrimizin iqtisadi və sosial inkişafından qürurla danışdıq. Düşünürəm ki, bu gün Azərbaycan icması ilə birlikdə Beynəlxalq Analar gününü qeyd etməyimiz dövlətlərimiz arasındakı dostluq münasibətlərinin bariz nümunəsidir deyə bilərik.

    Elçin Şükür


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ