Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan seçicilərlə ənənəvi görüş

    "Yenidən Masallıdayıq, seçicilərlə ənənəvi qəbul-görüş keçirdik. Qəbul YAP-ın Masallı şəhərində yerləşən inzabati binasında keçirildi. 35 seçicini YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və köməkçilərimlə birgə fərdi dinlədik. Qəbula gələnlərdən 3 nəfəri Vətən Müharibəsi qaziləri idi."
    Bunu Milli Meclisin deputatı Məşhur Məmmədov özünün Feysbuk səhifəsində paylaşıb. Deputat əlavə edib ki, bəzi məsələlər yerində həllini tapdı, səlahiyyətlərimiz çərçivəsində olan digər məsələlərin həlli üçün müvafiq tapşırıqlar verdik:
    "Görüşlər davam edir. Hər ayın son həftəsini seçicilərin qəbul-görüşlərinə həsr etmək fəaliyyətimdə prioritetdir."- Məşhur Məmmədov qeyd edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ