"Atributinfo.az" xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, ölkəmiz mühüm siyasi kampaniya - 1 sentyabrda keçiriləcək parlament seçkiləri ərəfəsindədir: “Hər bir seçki prosesi ölkəmizin demokratik inkişafında yeni bir mərhələnin başlanğıcı, yeni dövr üçün yeni hədəflərin müəyyənləşdirilməsidir".
Deputatlığa namizəd Rəşad Mahmudov çıxışında əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, hər bir seçkiyə böyük inamla, qələbə ruhunda və ovqatında qatılan Yeni Azərbaycan Partiyası “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qalib və qüdrətli ölkəmizin keçdiyi zəngin, şərəfli və uğurlu yolun təqdimatını edir.
Çıxış edən görüş iştirakçıları İlqarOrucov, NüsrətDadaşov, ƏləkbərHəmzəyev və digərləri bildiriblər ki, əsaslı və hərtərəfli islahatlar dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Vurğulanıb ki, bu islahatların daha da dərinləşməsi və sürətlənməsi uğurlu nəticələr verir.
Görüşdə iştirak edən seçicilər də seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Həmin gün R.Mahmudov həmçinin, Astara rayonunun Sım kəndində seçicilərlə görüş keçirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
