Doğma şəhərimizin bu möhtəşəm yubiley tədbirində şəhərimizin ali təhsil müəssisəsi - Mingəçevir Dövlət Universitetinin Pedaqoji və tələbə heyəti iştirak etməklə Universitetə rəhbərlik edən Şahin Bayramov xatirə hədiyyəsini tədbirin bədii hissəsindən sonra rəsmi hissə bölümündə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun geniş nitqindən sonra ona təqdim etdi. Tədbirə ətraf rayonlardan, Kürdəmir və Ağdaşdan da gələn mədəniyyət mərkəzlərindən gətirilən ecazkar əl işləri də nümayiş etdirildi.
Qeyd edək ki, yubileyi təntənəli şəkildə qeyd edilən doğma Mingəçevirdə Ulu öndər dahi Heydər Əliyevin təşəbbüsü ilə 1973-cu ildə qoyulan, qoyuluş gücü 2700 MVt olan Azərbaycan İstilik Elektrik Stansiyası, isə düşdüyü 20 oktyabr 1981 ci ildən artıq 40 ildən çoxdur ki, ölkəmizin 60 faizini fasiləsiz və dayanıqlı olaraq elektrik enerjisi ilə 330 və 500 kvluq Hava elektrik veriliş xətləri vasitəsilə təmin etməklə ölkə iqtisadiyyatında böyük və misilsiz çəkisi vardır.
Bundan başqa Qafqazın ən böyük uzunluqda , 1515 km lik Kür çayının bu şəhər ərazisindən keçən hissəsində yaratdığı əsrarəngiz və əlverişli imkanları nəticəsində Turizm bazası yaradilmaqla 2015- ciil l Avropa Olimpiadası oyunları üzrə Mingəçevir Regatasi adlı möhtəşəm Beynəlxalq idman yarışlarının məkanına cevrilməklə, buraya cənab Prezidentimiz İlham Əliyevin də lazımi diqqət və qayğısi nəticəsində ölkəmizin beynəlxalq imicinin də artırılmasına gətirib çıxarmışdır.
Təşrif buyurduğum , Dövlət Sərhəd Xidmətinin də ən ali mükafatı orden və medalı ilə təltif edilmiş “Təzadlar” ictimai siyasi hüquq qəzeti redaksiyasını təmsil edərək buradakı coşqu ilə qeyd edilən bayram yubiley tədbiri zamanı tədbirin bədii hissəsində MDU-nun Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Emiliya Hüseynova, Energetika fakültəsinin baş müəllimi, energetika elmlər dissertasiyasını uğurla müdafiə edən Ülkər Aşurova və digər pedaqoji heyətlə, habelə Qafqazın ən böyük elektrik stansiyası Azərbaycan İstilik Elektrik stansiyasının direktoru Təhmasib Hüseynovla birgə xatirə şəkilləri də çəkdirildi.
Daha sonra Mingəçevir Dram Teatrının tamaşa zalında keçirilən rəsmi hissədə Şəhər icra Hakimiyyətinin başçısının, Milli məclisin deputatı Aydın Mirzəzadə və digər ictimaiyyət nümayəndələrinin geniş nitqi dinlənildi.
“Atributinfo.az” üçün hazırladı:
Xəyyam Qurbanlı
