Sizin reklam burada
Sizin reklam burada
  • “Şəhidlərimizi ehtiramla yad edirik!” - Bu deviz Saatlı Rayon rəhbərliyinin prioritet məsələsidir

    Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Əmiraslanov Amin Vaqif oğlunun 3-cü il dönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimi şəhidin dəfn olunduğu Saatlı rayonun Potubəyli kəndində baş tutub.
    "Atributinfo.az" xəbər verir ki, Şəhidin il dönümündə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhid ailələri iştirak edib.
    Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Daha sonra mərasim iştirakçıları tərəfindən şəhid Əmiraslanov Amin Vaqif oğlunun məzarı önünə gül dəstələri qoyulub.
    Vətən Müharibəsi şəhidi Amin Əmiraslanovun məzarı önündə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov öncə şəhidin ailə üzvlərinə başsağlığı verib, səbr diləyib. Belə igid, qəhrəman oğul böyütdüklərinə görə onlara təşəkkürünü bildirib. Ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bu qayğının hər yerdə olduğu kimi Saatlı rayonunda da davam etdirildiyini bildirib. Hər bir şəhidin ailəsinin, övladlarının bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirib.
    Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə cənab Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
    Amin Əmiraslanov 1991-ci il iyulun 1-də Saatlı rayonunun Potubəyli kəndində anadan olub.
    Azərbaycan Ordusunun əsgəri olan Amin Əmiraslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Əmiraslanov noyabrın 4-də Qubadlı döyüşləri zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
    Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
    Şəhidlərimiz bizim qürurumuz, onların ailəsi bizim ailəmizdir!
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Zahir Məmmədov
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ