Sizin reklam burada
Sizin reklam burada
  • Anım Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib

    Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Saatlıda “Qarabağ Azərbaycandır!” adlı ümumrayon anım tədbiri keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, Saatlı rayonunun “Şəhidlər” abidə-xatirə kompleksində reallaşdırılmış tədbirdə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək, xalqımızın 30 illik həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd olunduğunu bildirib. O, eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb. Rayon rəhbəri döyüşlərdə saşlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bildirib.
    Digər çıxış edənlər də 44 günlük Vətən müharibəsində qalib Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, arxa cəbhədə xalqımızın “Dəmir yumruq” kimi möhkəm birliyindən, tarixə qızıl hərflərlə həkk olunmuş Zəfərdən, şəhidliyin ali məqamlarından bəhs ediblər.
    Tədbir Anım Gününə həsr olunmuş bədii kompozisiya ilə davam edib. Və sonda tədbir iştirakçıları tərəfindən abidə-xatirə kompleksi önünə gül dəstələri qoyulub.
    Saat 12:00-da Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən rayonumuzda şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

    Bəradər,
    Zahir
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ