Yap Göygöl rayon təşkilatında məsləhətçi
Eksklüziv olaraq "Atributinfo.az" üçün
Hava şəraitinin pis olması nəticəsində iki əsgərimizin yolu azaraq Ermənistan ərazisinə keçməsi və nəticədə əsgərlərimizin girov götürülməsi xəbərini hamı eşidib bildi.
Bu gün ermənilər tərəfindən əsgərlərimizə qarşı etdiyi vəhşilikləri çəkib paylaşan şərəfsizlərin əməllərini bütün dünya gördü. Qolu bağlı əsgərimizi bu cür vəhşicəsinə döymək, onlara işgəncə vermək bu millətin naqis əməllərdir və həmin vidionu da fəxarətlə yayırlar. Ermənilər Hümanizmə məhəl qoymayaraq beynəlxalq qanunları vecinə belə almadan, bu cür hərəkətlər edirlər çünki bilirlər ki, hansısa beynəlxalq qurumlar onların bu şərəfsizliyinə irad bildirməyəcək, kar - kor və lal olacaqlar...
Ermənilərdən fərqli olaraq biz onların əsir düşən yaralı əsgərlərinə tibbi yardım edirik, onları əməliyyat edirik və yaxşıca yedirdib içirdirik sağ salamat qısa zamanda ölkələrinə göndəririk. Bu bizim xalqın milli mentalitetidir xalqımızın ucalığıdır.
DƏMİR YUMRUQ hər zaman yerində olmalıdır ki, erməni başını yuxarı qaldıra bilməsin!!!
