Sizin reklam burada
Sizin reklam burada
  • Baş nazir Əli Əsədovdan Səhid və səhid ailələri ilə bağlı qərar

    Baş nazir Əli Əsədovdan Səhid və səhid ailələri ilə bağlı qərarHökumət rəhbəri “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edib.
    "Atributinfo.az" xəbər verir ki, qərara əsasən, Şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək. İndiyə kimi Şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikası və müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi. Pensiya və müavinətlərə çəkilən xərclər isə dövlət sosial müdafiə fondunun büdcəsi və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilirdi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ