Sizin reklam burada
Sizin reklam burada
  • Ceyranbatanda ağacəkmə aksiyası baş tutub

    Ceyranbatan su anbarında “Heydər Əliyev İli” münasibətilə ağacəkmə aksiyası keçirilib.
    "Atributinfo.az"-a FHN-dən verilən məlumata görə FHN-in Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən “Heydər Əliyevin 100 illiyi münasibətilə 10000 ağac əkək” aksiyası həyata keçirilir. 10.000-dən artıq Eldar şamı və sərv ağacı tingləri yetişdirilib, anbar ərazisində 20 hektara yaxın müvafiq sahə hazırlanıb.
    Yanvar ayının 31-dən başlayaraq bu günə qədər artıq 2.625 ağac əkilib. Bunların da 1.930-u sərv, 695-i isə Eldar şamıdır.
    Qeyd edək ki, may ayınadək davam edəcək aksiya çərçivəsində 10 min ağac əkilməsi nəzərədə tutulur.

    İlhamə Məhəmmədqızı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ