Nə isə, deyəsən mətləbə bir qədər dolayısi ilə keçməli oldum.
Elcan Rövşənoğlu məhz həmin "ağzıgöyçəklər"ə cavab olaraq aşağıdakı paylaşımı edib.
Qeyd etdiyim kimi, paylaşım diqqətimi çəkdiyindən olduğu kimi təqdim edirəm: "Şəkildəki millət Vəkili İqbal Məmmədovdur. O, da Türkiyəyə dəstək kompaniyasına qoşulub.
İqbal Məmmədovun Lerikdə gördüyü işlərə qaldıqda düzdü, Lerikdə çatışmayan cəhətlər çoxdur. "Relax" Lerik deyil, Lerikin daxili bərbad vəzlyətdə idi. Əkbər müəllim gələndən sonra birlikdə çatışmayan cəhətləri aradan qaldırırlar. Amma bu gün bundan yox, bu şəkildən danışacam.
Dostlar, bu şəkil Almaniyada, İtaliyada, Fransada və ya başqa xarici ölkədə çəkilsəydi, hamımız həmin deputatın ünvanına xoş sözlər yağdırardıq. Amma özümüzkünün bu hərəkətinə artıq əksik sözlər yazırıq. Mən İqbal Məmmədovu müdafiə etmirəm, sadəcə bu şəkilə görə onu qınayanların özü də düşünürəm ki, Türkiyə-Azərbaycan qardaşlığının düşmənidir!"
P.S. Əcəba, bu məmləkətdə nə qədər cahil insanlar var və bu cahillər "kolxoz bazarı"na çevirib feysbuku. Əslində feysbuk bəşəriyyətin gündəmi, söz meydanıdır. Ancaq bu meydanda mənalı, məntiqli, əzəmətli, ədalətli sözlə çıxıs etmək gərəkdir. Şər-böhtanla, qərəzlə yox. Söz saflıq numunəsidir. Sözü qəlbinizin çirkabına bulamayın Allah aşkına. Belə mərdləri ha qovsaz da, namərd olmayacaq. Çünki belələri dunyaya mərd, xeyirxah, səxavətli, sədaqətli doğulub sizlərdən fərqli olaraq. Bu qədər!
Bəradər Səməndərli
"Atributinfo.az"
