Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin əziz xatirəsinə
Sosial
5-02-2023, 17:43
303
Bir igid göstər mənə! "Vətən",- deyib döyüşə atılsın hünərilə, Adı tarixə düşsün, yazdığı zəfərilə. Torpağın hər daşına, hər qayasına bələd. Düşmən onun əzminə, vüqarına nabələd. Fikri, qəlbi düşmənə nifrət ilə doludur, Çıxdığı yol həqiqət, ədalətin yoludur. Bir igid göstər mənə! Çiyinləri dostunun al qanına bulaşmış, Neçə-neçə yaralı əsgərini yaşatmış, Son anadək vətənin harayından dönməyən, Şəhadət çağınadək vətən eşqi sönməyən, Gözlərinə baxarkən düşmən bağrı yarılan Ucatldığı üçrəngli bayrağına sarılan. Mən göstərimmi sənə kimdir qəhrəman oğul? O, üç övlad atası Vüsalənin Mehrabı, O, Əli "Zülfüqarı", o, torpağın söhrabı. Düşmənlərin qənimi, dostlarının ümidi, Dünyaya gəldiyi gün məxluqatın həmidi. O, Mehrabdır, Şuşanı fəth elədi qanıyla, Adı tarixə keçdi, şəhid olmuş sanıyla. İndi yaşadır onu, üç övladı və yarı, İndi yaşadır onu adı, əzmi, vüqarı.