Sizin reklam burada
Sizin reklam burada
  • Neqativ düşüncələrdən əl çəkin

    Neqativ düşüncələrdən əl çəkin Bütün günü təndiq etmək, böhtan danışmaq, dedi-qodu yaratmaq, neqativ fikirləri yaxına buraxmaq xoşbəxtlik gətirməz. Kimdəsə günah axtarmaqdansa, davamlı “güzgüyə baxmaq” və öz üzərində işləmək zəruridir!
    Tez-tez rastlaşdığım suallardan biri odur ki, rəhbərlə işçi arasında məsafə olmalıdırmı? Düşünürəm ki, aradakı bu məsafə nə qədər böyük olarsa bir o qədər səmimiyyətsizlik və uçurum olacaq. Çünki münasibətlərdə səmimiyyət çox vacibdir. Rəhbər işçiyə düşmən kimi deyil, insan kimi yanaşmalıdır əvvəlcə. "Böl və idarəet" prinsipindən uzaq durmalıdır, qətiyyətli və prinsipial olmalıdır, qorxaqlığı və acızliyi səbəbindən əməkdaşı digər vəzifəli şəxslərin yanında böhtan və şərlə gözdən salmamalıdır. Biz yalnız o zaman əsl iş mühitindən danışa bilərik. Bütün işçilərə eyni gözlə baxılmalı, ayrı-seçkiliyə yol verilməməlidir.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ