Sizin reklam burada
Sizin reklam burada
  • Otel yoxsa, əxlaqsızlıq yuvası

    Paytaxtın Bayıl qəsəbəsi ilə 20-ci sahə yaşayış massivi arasinda salınan 5-6 mərtəbəli binalardan ibarət "Yeni şəhər" yaşayış massivinin ərazisində xeyli müddətdir ki, bir otel də insa edilərək istifadəyə verilib. Adını isə bir necə dəfə dəyişsələr də, sonunda"Xarizma" qoyublar. Təəssüflər olsun ki, həm binalara, həm də məhəllə evlərinə bitisik olan bu otel əxlaqsızlıq yuvasına çevrilib.
    Sakinlərin gözləri önündə fəaliyyət göstərən, daha cox hava qaralandan sonra bura müxtəlif markalı taksi və ya səxsi masınlarda axın edən əxlaqsız "müştərilərin" ardı-arası kəsilmir. Bəzən gecələr çıxardıqları hoqqalar, pornoqrafik səslər ərazidə yaşyayan sakinlərin evlərində acıq-aydın eşidilir. Bütün bunlar isə sakinlərin haqlı narazılığına səbəb olmaqdadır.
    Redaksiyamıza olunan zənglərdə sakinlər dəfələrlə otel rəhbərliyinə bu barədə yaxınlaşaraq bu özbaşınalığa, hörmətsizliyə son qoymasını bildirsələr də, hər dəfə onların bir bəhanəylə yola salındıqlarını və oteldə hec bir əxlaq normalarına sığmayan hərəkətlərin davam etdiyini dilə gətirdilər.
    P.S. Biz isə onların narahatlıqlarını əsas tutaraq DİN İnsan Alverinə Qarşı Münarizə Baş İdarəsinin rəhbərliyinə üzümüzü tutub tədbir görmələrini xahiş edirik!

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ